Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir – Viktor Orbanbackend

Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir – Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) rəhbərliyini siyasi şantajda ittiham edib.

Onun fikrincə, Avropa hakimiyyəti bütün böyük layihələri iflasa uğratdı və rəhbərlikdən uzaqlaşmalıdır. Onun narazılığına Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın “miqrasiya və gender siyasətinə görə” Aİ fondlarından pul almayacağına dair sözləri səbəb olub: “İndi Avropa Birliyinin yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi özlərinin seçdiyi əsas layihələri olan liderləri var və bunların hamısı uğursuz olub. Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır”, – Macarıstanın baş naziri mətbuat konfransında deyib.

//Samir Qurbanov, Editor.az