Avstraliya, Hindistan, ABŞ və Yaponiya BMT TŞ üzvlərinin sayını genişləndirməyə çağırdıbackend

Avstraliya, Hindistan, ABŞ və Yaponiya BMT TŞ üzvlərinin sayını genişləndirməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik Dialoqunun üzvü olan Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını istəyiblər.

“Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi də daxil olmaqla, hərtərəfli islahat gündəliyi vasitəsilə BMT-nin gücləndirilməsinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”, – nazirlər bəyanatda bildiriblər.

Editor.az BMT saytında yayılan məlumata istinadən xəbər verir ki, Bəyanatda “Quad” üzvləri BMT Təhlükəsizlik Şurasının “daha effektiv, təmsilçi və etibarlı” olması üçün islahatların aparılması məqsədilə danışıqlar prosesində “aktiv və konstruktiv” iştirak etməyi öhdələrinə götürürlər.

Qeyd edək ki, 21 sentyabr 2022-ci ildə ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasında islahatlara, o cümlədən veto səsvermə hüququnun məhdudlaşdırılmasına çağırıb. Daha sonra Almaniya, Yaponiya, Hindistan və Braziliya ABŞ hakimiyyətinin ideyasını dəstəklədilər.

  //Samir Qurbanov, Editor.az