Avtomobildə unudulan 3 yaşlı uşaq havasızlıqdan öldübackend

Avtomobildə unudulan 3 yaşlı uşaq havasızlıqdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Adanada ailəsi tərəfindən avtomobildə unudulan 3 yaşlı uşaq boğularaq ölüb.

Editor.az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir. Hadisə dünən saat 17.30 radələrində mərkəzi Seyhan rayonunun Yeşilbağlar Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, Suriya əsilli Malahafji ailəsi alış-verişdən qayıtdıqdan sonra avtomobillərini evlərinin yaxınlığındakı torpaq sahəsində saxlayıblar.

Avtomobilin arxa oturacağında yuxuya gedən oğulları Bədr Əldini nəqliyyat vasitəsində unudan valideynlər bir müddət sonra vəziyyəti anlayıb geri qayıdanda oğullarının cansız bədəni ilə qarşılaşıblar. Bildirilib ki, bədbəxt uşaq havanın temperaturunun 35 dərəcə civarında olduğu saatlarda avtomobildə uzun müddət havasız qalaraq dünyasını dəyişib. Valideynləri polis tərəfindən nəzarətə alınan Bədr Aldının cəsədi yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

 //Samir Editor.az