“Azərbaycan-Ermənistan münasibətlərində ABŞ-ı da Fransanın taleyi gözləyir”-Politoloqdan ŞƏRH  backend

“Azərbaycan-Ermənistan münasibətlərində ABŞ-ı da Fransanın taleyi gözləyir”-Politoloqdan ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Qarabağı Ermənistanla birləşdirən dəhlizin açılmasına bir daha çağırış edib. ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin (Michael Carpenter) bu barədə bəyanatında deyilir:

“Birləşmiş Ştatlar Laçın dəhlizinin artıq üç həftədən çox müddətdə bağlı olmasından və bunun ağır humanitar vəziyyət yaratmasından narahat olaraq qalır”.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın bu siyasəti xüsusilə də ikili standartlarla prosesə yanaşması beynəlxalq hüquqdan irəli gələn davranış deyil:

“Onlar həmişə öz geosiyasi maraqları kontekstindən çıxış ediblər. Bu məsələyə həm də Amerikada mövcud olan erməni lobbisinin  ciddi təsiri var. Parlamentdə, senatda və nümayəndələr palatasında erməni lobbisinin “yemlədiyi” konqresmenler mövcuddur. Onlarda bu yöndə dövlət departamentinə təsir imkanlarını saxlayırlar. Digər tərəfdən Bayden hakimiyyətinin də ermənilərə isti münasibətini nəzərə alsaq bu cür vəziyyətlərdən sui-istifadə edilməsi gözlənilən idi. Ancaq bu Azərbaycan-Ermənistan münasibətlərinə nəyinki yardım edir, əksinə ABŞ-ın müdaxiləsini çəkindirir”.

Politoloqun fikrincə, Azərbaycan əgər ABŞ-ın məsələyə ədalətli yanaşmasını görməsə, Birləşmiş Ştatların heç bir təklifini, xüsusilədə dövlət rəhbərlərinin görüşü ilə bağlı istənilən təşəbbüsə razı olmayacaq:

“Biz bunu Fransa məsələsində gördük. ABŞ-ı da bu aqibət gözləyə bilər. Ümumiyyətlə, məsələyə subyektiv deyil, obyektiv yanaşılmalıdır. Ciddi dövlətlər, təşkilatlar da bilir ki, ortada sərhədin blokadada qalması ilə bağlı heç bir reallıq mövcud deyil. Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Gün ərzində onlarla rus qoşunlarının təminat maşınları, Qızıl Xaç cəmiyyətinin Xankəndiyə gedib-gəlməsi,  xəstələri bu yolla Ermənistana aparmasını bütün dünya görür”.

Natiq Mirinin sözlərinə görə, ABŞ-ın belə yalanları müdafiə etməsi öz maraqlarına ciddi zərbə vurur:

“ Məsələyə əhəmiyyət vermək lazım deyil. Qoy Amerika narahat olmaqda davam etsin. Torpaqlarımızın 20%-i işğal altında qalanda niyəsə heç kəs narahat deyildi. Azərbaycan sərhəddə dövlət strukturlarının yoxlama məntəqəsini yaratmalıdır ki, kimsə rahatlıqla Qarabağ gəlib-gedə bilməsin.  Biz zamanında bunu etsəydik, bu gün belə “narahatlıqlardan” söhbət gedə bilməzdi. Ermənistan və dünya dövlətləri pis vərdiş edib ki, bu dəhliz daima açıq olmalı, heç bir sərhəd anlayışı olmamalıdır. Yola nəzarət Azərbaycanın əlinə keçərsə, hansısa başqa yolun açılmasından söhbət gedə bilməz”.
 
//Safura Bənnayeva, Editor.az