Azərbaycan-Ermənistan münasibətlərində Gürcüstanın vasitəçiliyi əhəmiyyətli olacaq?-Politoloqdan ŞƏRHbackend

Azərbaycan-Ermənistan münasibətlərində Gürcüstanın vasitəçiliyi əhəmiyyətli olacaq?-Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlamasında bildirib ki, Ermənistan Cənubi Qafqaz ölkələrinin üçtərəfli dialoqunun inkişafında maraqlıdır. Yəni, bu dəfə Gürcüstanın vasitəçiliyinə arxalanır.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri Editor.az-a açıqlamasında qeyd etdi ki, Ararat Mirzoyanın bu açıqlaması daha çox sülhpərvər və əməkdaşlıq kontekstində fəaliyyət göstərən bir ölkə görüntüsü yaratmaqdan başqa birşey deyil:

” Çünki Azərbaycan Prezidentinin açıqlaması praktik və reallığı özündə əks etdirən bir açıqlama olduğu üçün bunun əksinə getmək Ermənistan hökumətinə müəyyən problemlər yarada bilərdi. Əgər söhbət təhlükəsizlikdən gedirsə, burada yalnız Ermənistanın təhlükəsizliyi nəzərdə tutulmur. Bütövlükdə Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühiti üçün region ölkələrinin müxtəlif sferalarda əməkdaşlığına və sülh şəraitində yaşamasına ehtiyac var. Ermənistan özünü prosesdən kənara atarsa, bu regionda əməkdaşlığın inkişafına xələl gətirəcək. Rəsmi İrəvan bu fonda özünü aqressiya, müharibə tərəfdarı kimi göstərmək istəmir. Bu açıqlamanı ciddi qəbul etmək lazım deyil”.

Politoloqun fikrincə, Ararat Mirzoyan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıqda maraqlı olduqlarını bildirməsi açıqlamasının Azərbaycan-Ermənistan-Qarabağ məsələsinin məhz Gürcüstan vasitəsilə müzakirə predmenti olmasına razılıq  kimi qiymətləndirilməməlidir:

“Ermənistan bunu nəzərdə tutmur. Sadəcə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın və gələcək prespektivi müəyyən etmək yönündə bəyanat verir. Ermənistan hələ də Gürcüstanın vasitəçiliyi ilə növbəti danışıqlar prosesinə hazır deyil. Çünki rəsmi İrəvanın “ağaları” buna icazə vermir. Fransa bu məsələdə maraqlı deyil. Gürcüstan da burada geosiyasi maraqlar güdmür. Sadəcə vasitəçi statusunu qəbul etməyə razılıq verib ki, tərəflər arasında münasibətlər normallaşdırılsın”.

Natiq Mirinin sözlərinə görə, digər platformalar belə deyil:

“Məsələn Rusiyanın iştirakı ilə baş tutan görüşlərdə onun öz geosiyasi maraqları var. Bu təmin olunmadıqca Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində maraqlı görünmür. Eyni yanaşma Qərb üçün də keçərlidir. Bütün bu proseslərin başında isə Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq istəməməsi dayanır. Fransanın proseslərdə dağıdıcı rolu Ermənistana sərf edir. Çünki o vəziyyətdən istifadə edərək zaman qazanmağa çalışır”.

//Safura Bənnayeva, Editor.az