Azərbaycanda bu universitetin rektoru dəyişir-Yeni rektor kim olacaq?backend

Azərbaycanda bu universitetin rektoru dəyişir-Yeni rektor kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova yaxın həftələrdə tutduğu vəzifə ilə vidalaşacaq. 24 ildir bu ali təhsil müəssisəsinə rəhbərlik edən rektorun işdən azad edilməsi üçün artıq ölkə rəhbərliyinə müvafiq təqdimat verilib”.

Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Mənbənin iddiasına görə, ölkəmizin ən köklü ali təhsil ocaqlarından biri olan Memarlıq və İnşaat Universitetinin yeni rektoru təyin edilməsi ehtimal edilən şəxs də bəllidir. Bu şəxs Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədlidir. Nicat Məmmədli bu vəzifəyədək Təhsil nazirliyində müxtəlif şöbələrin müdiri vəzifəsində çalışıb.

Mənbənin məlumatına görə, Nicat Məmmədli əslində bir müddətdir Bakı Dövlət Universitetinin rektoru olmaq üçün ortaya ciddi iddia qoyub və bu istiqamətdə bütün əlaqələrini işə salıb.

Lakin, Nicat Məmmədlinin bu iddiası ölkə rəhbərliyi tərəfindən qəbul edilməyib.

//Editor.az