Azərbaycanda kişi arvadını məhkəmənin önündə öldürdü: Boşanmaq istədiyinə görəbackend

Azərbaycanda kişi arvadını məhkəmənin önündə öldürdü: Boşanmaq istədiyinə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Publika.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ghadisə Tərtər rayon məhkəməsinin qarşısında olub.

xxx

Tərtər rayonunda qətl hadisəsi baş verib.

Hadisə Tərtər Rayon Məhkəməsinin qarşısında qeydə alınıb.

Belə ki, Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Tərtər rayonunda arvadını qətlə yetirən şəxs saxlanılıb. Hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Əliyeva mübahisə edib. Daha sonra kişi ailə münaqişəsi zəminində arvadını öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)