Azərbaycanda minik və yük avtomobilləri toqquşdu: 3 nəfər öldü – FOTObackend

Azərbaycanda minik və yük avtomobilləri toqquşdu: 3 nəfər öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Qaraməryəm-İsmayıllı yolunun 3-cü kilometrliyində, Göyçay rayonunun Yekəxana kəndi ərazisində qeydə alınıb.

“VAZ 21099” markalı minik və “SHACMAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində Laçın rayonundan olan və Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlər – 1972-ci il təvəllüdlü Əhmədov Xudamverdi Əhməd oğlu, 1992-ci il təvəllüdlü İsayev Sadiq Zeynal oğlu və 1973-cü il təvəllüdlü Cabbarov Ələsgər Cabbar oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.

Ağır xəsarət alan 1979-cu il təvəllüdlü Rzayev Xanzadə Yunis oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

//APA