Azərbaycanın əli TƏTİKDƏ: İcazə verilməyəcək ki, … – İrəvan sevinməyə tələsirbackend

Azərbaycanın əli TƏTİKDƏ: İcazə verilməyəcək ki, … – İrəvan sevinməyə tələsir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar regionda artan xətt üzrə gedən gərginləşmə getdikcə daha da beynəlxalqlaşır”.

Bunu  açıqlamasında hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.

O bildirib ki, Qərb regiona Ermənistanı xilas etmək üçün gəlmir:

“Erməni tərəfi çalışır ki, bunu Laçın yolunda azərbaycanlı fəalların aksiyası ilə bağlasın. Guya ki, Azərbaycan tərəfi Qarabağdakı erməniləri blokadada saxlayır, onların işığını, qazını kəsir. Ermənistan bu məsələləri çalışır beynəlxalqlaşdırsın. Hələ mən keçən il də deyirdim ki, Ermənistan istər sülhlə bağlı məsələlər olsun, istər Zəngəzur dəhlizi və digər danışıqlar olsun, bu məsələləri getdikcə çalışacaq uzatsın ki, beynəlxalq təşkilatların diqqətini tamamilə özünə bura cəlb etsin.

Paşinyanın apardığı siyasətin artıq cücərtiləri göz qabağındadır, o, qismən istəyinə nail oldu. Amma Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə 200 müşahidəçi göndərməsi qərarına çox tez sevinməyə başlayıb. Çünki bu missiyanın heç bir siyasi qərarı, missiyası yoxdur. Onlar sadəcə olaraq töhvə verə biləcək bir qrup adamlardır. Eyni ilə ATƏT-in Minsk Qrupu kimi. Minsk Qrupunun da siyasi qərarlar vermək səlahiyyəti yox idi, ancaq tövsiyyə verə bilərdi.

Yəni sabah Ermənistanla Azərbaycan arasında hər hansı bir məsələ ətrafında gərginlik yaranarsa, burada həmin o missiyasnın hər hansı bir müdaxilə edəcək siyasi gücü, iradəsi yoxdur. Sadəcə, “olmasın”, “etməyin” xarakterli tövsiyyələrlə çıxış edə bilər. Ermənistan tərəfi indi sevincək olubdur ki, vəssalam, Avropa gəldi, bunları xilas edəcək. Heç kimi, heç kim xilas etməyəcək. Fransanın daha çox aktivlik göstərdiyi həmin o missiyasının içərisində olan ölkələr hər biri ayrı-ayrılıqda böyük dövlətlərdir və onların da hər birinin öz şəxsi maraqları var.

Məsələn, Amerikanın regionumuzda ən çox diqqətçəkən marağı Rusiya və İran amilidir. Ermənistan belə tələsik sevincək olub, amma başa düşmür ki, bu missiyanın regiona gəlməsi, yerləşməsi, Ermənistana girməsində əsas bir nömrəli məsələ Rusiya məsələsidir ki, Rusiyanın bütünlüklə rıçaqlarını regionda zəiflətsin və həmin regiona nəzarəti ələ alsın. Yəni Gürcüstanda var idisə, Gürcüstandan Ermənistana transfer edəcək və bununla da Cənubi Qafqazı nəzarətə götürür.

İndi Ermənistan tərəfinin bu missiya ilə bağlı sevincək olmasına çox da üzülməyə, narahat olmağa dəyməz. Çünki mən düşünürəm ki, bu missiyanın Azərbaycan tərəfinə hər hansı bir yan təsiri ola bilməz. Əsas odur ki, onlar Azərbaycanın ərazisində deyillər. Ona görə də həmin o missiya ilə paralel fəaliyyət göstərmək, baş verən bir çox həqiqətləri vaxtı-vaxtında onlara çatdırmağa çalışmaq lazımdır.

Paşinyan da bu gün hökümətin iclasında təklif etdi ki, Aİ-nin göndərdiyi o missiyanın bir hissəsi gəlib Laçın yoluna, Qarabağdakı vəziyyətə oradan nəzarət etsin. Bunlar boş şeylərdir. Çünki bu missiyanın regiondakı fəaliyyəti siyasi qərar deyil, siyasi motivləri yoxdur, yaxud beynəlxalq siyasi qurumların sanksiyası deyil ki, Azərbaycan onların legitim torpaqlarımıza icazəmiz olmadan ayaq basıb orada özbaşına fəaliyyətinə qarşı nəsə edə bilməsin. 

Azərbaycan istəməsə, qərar verməsə ki, o missiya Laçın yoluna nəzarətə gəlsin, onlar gələ bilməz, bu mümkün deyil. Ona görə də Ermənistan tərəfi vaxtından tez biraz sevincəyə düşüb. Bu sevincəyin heç bir nəticəsi olmayacaq. Bu baxımdan həmin o missiyanın gəlməyi və Azərbaycanın əleyhinə digər verilən qərarlar siyasi manevlərdir. Çox güman ki, Ermənistan üçün hansısa bir yeni məsələlər hazırlanır. Xüsusən də bu planda Ermənistan ona görə nəzərdə tutulub ki, hazırda İranla ən yaxın dostluq, qardaşlıq münasibətində olan ölkələrdən biri elə Ermənistandır. Bu baxımdan Ermənistan bu planın mərkəzində yer alır.

Təbii ki, Rusiya da bu məsələdə ayıq-sayıqdır. Moskva bilir ki, Avropanın regiona yeriməsi, Qərbin burada yerləşməsi, Avropa Parlamentində Azərbaycan əleyhinə çıxarılan bu və digər qərarların əsas səbəbi Rusiyadır, Azərbaycan yox. İndi rəsmi Bakının üstünə daha çox iş düşür. Azərbaycan tərəfi çalışmalıdır ki, həmin o Aİ missiyası ilə öz maraqları çərçivəsində dil tapıb, işləyə bilsin”.