Azərbaycanın məşhur turizm bölgəsində DƏHŞƏTLİ MƏNZƏRƏ – VİDEObackend

Azərbaycanın məşhur turizm bölgəsində DƏHŞƏTLİ MƏNZƏRƏ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı rayonunun Altıağac qəsəbəsində məişət tullantılarının vaxtında daşınmaması sakinləri narahat edir. Yığılıb qalan zibillər ərazidə antisanitar vəziyyət yaradır, həm ekoloji, həm də sağlamlıq baxımından ciddi problemlərə səbəb olur.

Editor.az  xəbər verir ki bu barədə AzTV-nin videomaterialında deyilir.

 

Sakinlər problemin tezliklə həll olunmasını istəyirlər:

“Hara baxırsan zibil tökülüb. İstəyir çaylara, istəyir yollara. Bizim zibil qablarımız yoxdur. Zibil maşını gəlmir”.

“Bu boyda Altıağacda iki dənə zibil qutusu var. Biri məktəbin həyətindədir, bunu da guya uşaq bağçasına qoyublar. Zibillik baş alıb gedir. Körpə uşaqlarımızı buraya gətirib bağçaya qoyuruq. Hər bir xəstəlik tapa bilərlər”, – digər bir sakin bildirib.

Bu azmış kimi, qəsəbədən axan çay da çirkləndirilir.

“Buna bir tədbir görmək lazımdır ki, gətirib zibil qutularını qoyaq, vaxtında gəlib aparsınlar. Düzdür, söz verdilər, gətirib qoyacaqlar. Hələ bir səs yoxdur”.

Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məişət tullantılarının toplanması və daşınması xidmətlərinin təşkili üçün sakinlərin kollektiv şəkildə müqavilə bağlaması lazımdır.