Azərbaycanın nəqliyyat sektoruna rəhbərlik edən QARDAŞLARIN 1 İLİbackend

Azərbaycanın nəqliyyat sektoruna rəhbərlik edən QARDAŞLARIN 1 İLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda illərdir ki, dövlət büdcəsindən milyonlarla vəsait ayrılmasına baxmayaraq nəqliyyat sektorunda kifayyət qədər qədər ciddi problemlər mövcuddur. Bu problemlər ictimai nəqliyyat sahəsində özünü daha qabarıq biruzə verir.

Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Agentlik Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında təsis olunub.

Dövlət başçısının Fərmanı ilə bu il sentyabrının 8-də Nizamnaməsi təsdiqlənən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimlənməni, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, bu sahədə normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti  həyata keçirir.

Sözügedən quruma isə nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Anar Yaşar oğlu Rzayev sədr təyin edilib.

A.Rzayev ixtisasca müəllim olmaqla yanaşı, həm də  “Van der Вal Intl. Transport Bakı” şirkətinin qeyri rəsmi rəhbəridir.

AYNA yarandığı iki il müddətində heç bir yenilikləri ilə yadda qalmayıb. Bu qurum yarandıqdan sonra “Bakıda TIR sürücülərinin yolu bağlaması” ilə hər kəsin diqqətini çəkə bilmişdi.

Məlumata görə, AYNA-da ən sözükeçən şəxs də məhz Heydər Mürvət oğlu Rüstəmovdur.

O, ötən ilin oktabrın 24-də nazir Rəşad Nəbiyevin müaviq əmri ilə, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi vəzifəsindən azad edildikdən sonra “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə yeni sədr müavini təyin olunub.

Yeri gəlmişkən, Heydər Rüstəmovun digər qardaşı onun bu vəzifəyə təyin olunmasından iki gün sonra, yəni okytabrın 26-da Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Hər iki qardaş nazir Rəşad Nəbiyevlə yaxınlığı ilə tanınır, onlar eyni qurumda yüksək vəzifə səliyyətləri var. Hər iki qardaş ölkəmizin nəqliyyat sektoruna rəhbərlik edən əsas fiqurlardan biridir. Bu sahədəki fəliyyətlərinin 1 illəri yenicə tamam olub.

R.Rüstəmov 2018-2021-ci illər ərzində “Azərkosmos” ASC-nin sədr müavini, 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2022-ci il 26 oktyabr sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

R.Rüstəmov dəmir yollarına rəhbər təyin olunandan sonra, heç bir işi ilə yadda qalmayıb. Deyəsən tək diqqətçəkən yeniliyi də qadın maşinislərin hazırlanması olub.

Əvvəllər olduğu kimi, indi də yağış yağan kimi yollarda avtobusların, qatarların hərəkətində ciddi problemlər yaranır. Məmurlar bu problemlərdən sözdə çıxış yolu tapsalar da, əməldə heç bir iş görülmür.

Elə AYNA-nın sədr müavini Heydər Rüstəmov da son bir ildə taksilərin qiymət artımına, qardaşı R.Rüstəmov isə köhnə sədrin adamlarını çıxarıb, öz adamlarını dəmir yolları strukturuna yerləşdirməklə işini bitmiş hesab edir. Amma onillərdir ki, Azərbaycanın nəqliyyat sistemindəki problemləri həllini tapmır. Bir sözlə, köhnə hamam, köhnə tas!

Ümid edək ki, qarşıdan gələn Yeni ildə Rüstəmov qardaşları nəhayət xalqımızı sevindirəcək!

Demokrat.az