Bakı Paşinyanın planlarını pozur – Ermənilərin Qarabağda son ümidi …backend

Bakı Paşinyanın planlarını pozur – Ermənilərin Qarabağda son ümidi …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk baxışdan müharibədən təxminən 15 ay keçməsinə baxmayaraq Qarabağda vəziyyətin savaşın bitdiyi ilk günlərlə müqayisədə sabit olması, təxribatların sayının bir o qədər çox olmaması ürəkaçan görünsə də, bu, Ermənistanın yerində sakit durduğu anlamına gəlməməlidir. Əslində isə bunu tufandan öncə səssizlik də adlandırmaq olar. Doğrusu, vəziyyətin qəfil qarışacağı ilə bağlı ilk simptomlar artıq özünü göstərməkdədir. 

Günlər öncə separatçıların qəfil Tərtərin Qapanlı kəndini atəşə tutması, bunun ardınca hələ keçən ilin noyabrın 16-da əsir düşən silahlılarının Azərbaycana əsiri düşdükləri Kəlbəcərdə yenidən bir gərginlik yaratmaq cəhdləri İrəvanın ipə-sapa yatmayan xislətindən, onların revanş istəklərindən əl çəkməyəcəklərini göstərir. Baxmayaraq ki, Nikol Paşinyan xüsusilə son açıqlamaları ilə həm rəsmi Bakıda, həm də artıq Azərbaycanın yaratdığı yeni reallığı ilk günlərlə müqayisədə qəbul etməyə başlayan beynəxalq təşkilatlarda, dövlətlərdə, siyasi dairələrdə sülh müqaviləsinə doğru nə lazımdırsa etməyə hazır olduğu təəssüratını yaratmaq istəyir. Amma Ermənistanın addımları göstərir ki, vəziyyət heç də Paşinyanın göstərməyə çalışdığı mənzərəni əks etdirmir.

Buna bariz misal olaraq terrorçu rejimin gündəmə gətirdiyi və fevralın 20-də təsdiq etməyə hazırlaşdığı “ərazilərin işğaldan azad edilməsi haqqında” qondarma “qanun”u göstərmək olar. Məhz bu “qanun”a nəzər salanda əslində ermənilərin son günlə sadalanan istiqamətlərdə yenidən fəallaşmasının haradan qaynaqlandığını müəyyən etmək olar. Məlun “qanun layihəsi”nə görə ermənilər Azərbaycanın işğaldan azad etdiyi ərazilərə (keçmiş “DQMV”-yə daxil edilən Şuşa, Hadrut, eləcə də müharibədən əvvəl iddia etdikləri “Şaumyan (Goranboy) və Qetaşen (keçmiş Xanlar)” də daxil edilə bilər – red.) yenidən iddialarını bəyan etmiş oldular. Separatçı rejimin terrorçubaşı “xarici işlər naziri” David Babayan ötən həftəki açıqlamasında açıq şəkildə bildirdi ki, İkinci Qarabağ müharibəsinə qədər nəzarət etdikləri əraziləri, üstəlik  (Goranboy) və Qetaşeni (keçmiş Xanlar) geri qaytarmaq məqsədilə məlum “qanuna” daxil etməyi planlaşdırırlar. Bu, ermənilərin işğalçılıq siyasətlərindən əl çəkməyəcəyini, əslində Paşinyan və revanşist qüvvələrin öz planını məhz separatçıların əli ilə gündəmə gətirməklə aktivləşdirmək məqsədi daşıyır.

Onsuzda Azərbaycan hələ də Ermənistan 30 il işğalda saxladığı ərazilərdəki vəhşiliyin, barbarlığın, vandalizmin acısını çəkir və uzun illər bu izləri biz həmin torpaqlrda hiss edəcəyik kimin görünür. Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır” ifadələri ilə iki önəmli mesaj vermiş oldu. Dövlət başçısı sülhlə bağlı fikirləri ilə Ermənistana bundan başqa seçiminin onun üçün faciə olacağı mesajını verdisə, erməni vəhşiliyi ilə bağlı “Azərbaycan xalqı erməni vəhşiliyini unutmamalıdır” cümləsi ilə isə 44 günlük müharibədə qəhrəmanlıq göstərən vətəndaşlarına, soydaşlarına Ermənistanın çox təhlükəli qonşu olduğunu, gözləmədiyin anda ən zəif məqamında səni vurmağa çalışmaq üçün hər an fürsət axtaracağını, bir növ “itlə yoldaşlıq et, çomağını yerə qoyma” mesajını verdi.

Azərbaycan bu gün işğaldan azad edilən ərazilərində gördüyü böyük, sürətli bərpa, quruculuk, tikinti işləri ilə paralel olaraq ordu quruculuğu istiqamətində də çox önəmli addımlar atır. Ordumuzun inkişafı, daha müasir döyüş imkanlarına malik olması istiqmətində atılan addımlar son 1 ildə nəzərə çarpacaq dərəcədə hiss edilir ki, bu da Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldırmaq revanşist qüvvələrə gözdağı olacaq.

Baxmayaraq ki, separatçılara gözün üstə qaşın var demədiyi, əksinə mövqelərini daha da möhkəmləndirmək üçün onlara bütün imkanlardan yararlanmaq şəraiti yaratmaqla beynəlxalq hüququn bütün prinsiplərinə qarşı çıxan, Azərbaycanın ərazi bütövlüyünə hörmətsilik edən Rusiya sülhməramlıları ermənilərin bu yolda ən böyük dəstəkçisinə çevriliblər. Qarabağdakı müvəqqəti səlahiyyət zonalarında missiyalarından başqa bütün işlərlə məşğul olan, hətta Qarabağdakı ermənilərin sayının artması məqsədilə nəyinki əlindən, belindən də gələni əsirgəməyən sülhməramlılara arxayın olan separatçıların getdikcə əl-qolu açılmağa başlayır görüntüsü artmaqdadır.

Hələ də 10 noyabr bəyanatında göstəriən delimitasiya və demarkasiya, kommunikasiyaların açılması məsələsi aktiv fazaya çevrilməyib. Əvəzində bunu daha da gecikməsi və vaxt qazanmaq məqsdədilə manipulyasiyalarından qalmayan bir Ermənistan görürük.

Təbii ki, işlərin bu qədər yubanması Azərbaycanın strateji maraqlarına zərər vurur. İrəvan bunun fərqindədir və maksium dərəcədə bu istiqamətdə destruktiv mövqeyindən əl çəkməyəcək. Təbii ki, Azərbaycan üçün izim kommunikasiyaların açılması olduqca əhəmiyyətlidir, amma proseslər göstərir ki, bizim daha ciddi problemlərimiz var. Sərhədlərin delimitasiya və demarkasiya məsələsi hər ötn gün öz aktuallığını daha da artırır. Çünkü sərhədlərin dəqiqləşdirilmsi gələcəkdə təxribat hallarının qarşısı ala bilər ki, bu da Ermənistanın təxribatlarının alınması istiqamətində çox böyük addım ola bilər. Əks halda Azərbaycanın suverenliyini, müstəqilliyini həzm edə bilməyən, onu özündən asılı salmağa çalışan, Azərbaycana qarşı təzyiq imkanları məhdud olan qüvvələr üçün məhz bu amil rıçaq rolunu oynaya bilər ki, belə olacağı təqdirdə Ermənistanla sərhəddə daha bir də bu cür silahlı insidentlərin olmayacağına kimsə zəmanət verə bilməz.

Məhz bunun qarşısını almaq üçün Azərbaycanın qarşısında duran əsas məsələ sərhədlərin delimitasiya, demarkasiyası ola bilər ki, bu məsələyə özlüyündə çox böyük problemləri həll etmiş olacaq, eləcə də Qarabağ məsələsini. Çünki sərhədlərin həlli sülhməramlıların müvəqqəti nəzarət zonası hesab edilən Qarabağın dağlıq hissəsinin də Azərbaycanın tərkibində, Azərbaycan qanunvericiliyinə əsasən idarə olunacaq. Bu da həm Qarabağda Rusiya sülhməramlılarının taleyinə köklü aydınlıq gətirmək demək olacaq, həm də həmin ərazilərdəki yerli ermənilərin seçimini tezləşdirmək üçün prearitet məsələ hesab edilə bilər.

Qısaca desək, delimitasiya, demarkasiyanın həlli Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin həlli deməkdir ki, bu da artıq rəsmi İrəvanın defakto Azərbaycan ərazisini tanımış hesab ediləcək. Çünki Ermənistanla Azərbaycan arasında delimitasiya, demarkasiya məsələsi həllini tapdıqdan sonra, artıq Qarabağ məsələsinə daxili məsələmiz kimi baxa biləcəyik. Ermənistan tərəfi isə artıq sərhəd dəqiq bölündüyünə görə Azərbaycanla heç bir halda münaqişəyə girib, üçüncü tərəf ola bilməyəcək, İrəvanın manevr imkanları bununla da gözəçarpan dərəcədə məhdudlaşacaq. Bununla da faktiki olaraq Ermənistanı münaqişədən çıxarmış olacağıq.

Parlamentdə son çıxışı zamanı “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdır və buna hazırdır” deyən baş nazir Nikol Paşinyan anlamalıdır ki, onun ikili davranışları Ermənistanın zərərinə işləyən məqamdır. Çünkü Azərbaycan düşmənə növbəti illərimizi almaq, zamanımızı xərcləmək, yenidən ərazilərmizdə işğal planları qurmaq imkanı verməyəcək. Necə ki, bunu İlham Əliyev Ağdamda çıxışı zamanı bəyan etdi: “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.

Milli.az