Bakı-Sumqayıt yolunda avtomobil aşdı: Xəsarət alan var – FOTObackend

Bakı-Sumqayıt yolunda avtomobil aşdı: Xəsarət alan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza hadisəsi yolun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan KIA markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi aşaraq beton maneəyə çırpılıb.

Qəza zamanı sürücü xəsarət alıb. Əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Yaralı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.