“Bakı Tikiş Evinin qarşısında yaranan izdiham biabrçı haldır”-Təhsil ekspertindən videogörüntüyə münasibətbackend

“Bakı Tikiş Evinin qarşısında yaranan izdiham biabrçı haldır”-Təhsil ekspertindən videogörüntüyə münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəbli formalarının alınması ilə bağlı bu günkü izdiham biabrçı bir haldır. Bunun qarşısını almağın yeganə yolu yeni məktəbli formalarının satışını bir neçə məntəqədə təşkil etməkdir. Eyni zamanda, qiymətlər də eyni olmalıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun sözlərinə görə,  məktəbli formasının satışı nə qədər könüllülük əsasında olsa belə bir neçə məntəqədə satışı təmin olunmalıdır:

“Eyni zamanda, bu formaların qiyməti hər bir valideyinin ala biləcəyi məbləğə uyğun təyin edilməlidir. Təşkil olunmuş müxtəlif məntəqələrdə satışa çıxarılan məktəbli formalarının ayrı-ayrı qiymətlərə satışı yolverilməz haldır.
Bu gün Azərbaycan təhsil müəsisəsində 1 milyon 900minə yaxın şagird təhsil alırsa, onların hər birindən məktəbli forması tələb olunursa, bu cür sıxlığın olacağı əvvəlcədən praqnozlaşdırlmalı idi.  Təhsil Nazirliyi açıqlamasında vurğulayır ki, onlar məktəbli forması satmır və ya bununla bağlı hansısa şirkətlə əməkdaşlıq etmir, sadəcə şagirdlərin məktəbli formasından istifadə etməsini tələb edir. Təhsil Nazirliyi bunu məktəblərdən tələb edirsə, ya həmin məktəb rəhbərliyinin tekstil şirkətləri ilə əməkdaşlığı ola bilər, və ya hər hansısa məsul bir şəxsin bu prosesdə iştirakı mümkündür. İnsanların pandemiyanın olduğu, yoluxma sayının günbə-gün artdığı şəraitdə bu formada sıxlığının yaranmasında həmin şəxslər birbaşa məsuliyyət daşıyır. Bu heç də kənardan ürəkaçan mənzərə deyil. Bunu aidiyyatı qurumlar nəzərə almalıdır”.
 
//Safura Bənnayeva, Editor.az