Bakıda Chery dərəyə aşdı, 1 nəfər xəsarət aldıbackend

Bakıda Chery dərəyə aşdı, 1 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Zülfüqarzadə Hikmət Fikrət oğlu idarə etdiyi “Chery” markalı minik avtomobili ilə hərəkətdə olan zaman avtomobil dərəyə aşıb.

Nəticədə H.Zülfüqarzadə ağır xəsarət alaraq avtomobildə sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü nəqliyyat vasitəsindən çıxarılaraq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Əraziyə polislər cəlb edilib.