Bakıda kiberüsulla kartlardan 93 min manat talayan şəxs saxlanılıbbackend

Bakıda kiberüsulla kartlardan 93 min manat talayan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt sakini olan bir nəfərin bank kartından 22 760 manat vəsait oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib.

Belə ki, onun digər şəxslərin bank kartlarından kiberüsulla taladığı və elektron hesabında cəmlədiyi 93 000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.

E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.