Latviya və Litva səmalarını Fitsonun təyyarəsinə bağlayıbbackend

Latviya və Litva səmalarını Fitsonun təyyarəsinə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva və Latviya Qələbə Günü mərasiminda iştirak etmək üçün Moskvaya getmək istəyən Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsinin öz əraziləri üzərindən uçmasına icazə verməyəcəklər.

Musavat.com xəbər verir ki, məlumatı Fitso öz Facebook hesabında paylaşıb: “Litva və Latviya artıq bizə məlumat veriblər ki, Moskvaya gedərkən əraziləri üzərindən uçmağımıza icazə verməyəcəklər”.

O, keçən il də bu addımın atıldığını və başqa bir marşrut tapıldığını xatırladıb. Ötən il Estoniya, Latviya və Litva Slovakiya Baş nazirinin təyyarəsinin Rusiyaya enməsinə icazə verməkdən imtina etmişdilər: “Ümid edirəm ki, Moskvada Qırmızı Ordunun Naməlum Əsgərin məzarına gül qoymağa vaxtım olacaq”.

Fitso həmçinin yaxın aylarda Müttəfiqlərin Normandiyada desant çıxarmasının 82-ci ildönümünü və ABŞ-ın 250 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb.