Bu şəxslər 1000 manat cərimələnəcək – VİDEObackend

Bu şəxslər 1000 manat cərimələnəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Köhnə mebelləri, tikinti qalıqlarını bəzən hara gəldi atmaq yalnız görüntü çirkliliyi deyil, həm də qanun pozuntusudur.

Bir çoxumuz fərqində olmasaq da, bu davranışa görə kifayət qədər ağır cəzalar tətbiq oluna bilər.

Bəs bu qaydalara əməl etməyənləri hansı hüquqi məsuliyyət gözləyir?

Mövzuya hüquqşünas Ramil Əfəndi münasibət bildirib.

O qeyd edib ki, təmir tullantıları və məişət əşyalarının zibil qutularına və ya kənar ərazilərə atılması nəticəsində fiziki şəxslər 700 manatdan 1 000 manatadək cərimələnə bilərlər.

“Bu qaydanı pozan vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 8 500 manatdan 10 000 manatadək cərimə oluna bilərlər”, – deyə Ramil Əfəndi bildirib.

Daha ətraflı İctimai TV-nin videomaterialında: