Tramp İrana ultimatum verdi: “Bəsdir”backend

Tramp İrana ultimatum verdi: “Bəsdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.

Oxu.Az bildirir ki, bu barədə “ABC News” telekanalının aparıcısı Conatan Karl məlumat verib.

“Bu, hər necə olursa-olsun, yaxşı yolla və ya pis yolla baş tutacaq”, – deyə C.Karl “X” platformasında Ağ Evin rəhbərindən sitat gətirib.

Öz növbəsində, D.Tramp “Truth Social” şəbəkəsində Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə İrandakı bütün elektrik stansiyalarını və körpüləri məhv edəcəyi barədə təhdidini yenidən səsləndirib.

“Yaxşı oğlan olmaq artıq bəsdir. Onlar tez təslim olacaqlar, asanlıqla təslim olacaqlar. Biz çox ədalətli və ağlabatan razılaşma təklif edirik və ümid edirəm ki, bununla razılaşacaqlar, çünki əks halda Birləşmiş Ştatlar ordusu İrandakı hər bir elektrik stansiyasını və istisnasız olaraq bütün körpüləri məhv edəcək”, – deyə prezidentin paylaşımında bildirilir.

D.Tramp həmçinin iddia edib ki, bunu etmək onun üçün “şərəf olacaq” və bu, son 47 il ərzində digər ABŞ administrasiyaları tərəfindən edilməli idi.