Hava limanları və təyyarələr BU SƏBƏBDƏN həmişə soyuq olur – ŞOKbackend

Hava limanları və təyyarələr BU SƏBƏBDƏN həmişə soyuq olur – ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava limanları yüksək tavanları, müasir dizaynı və özünəməxsus atmosferi ilə bir-birinə bənzəyir. Lakin bu məkanların ən diqqətçəkən ortaq cəhətlərindən biri onların adətən soyuq olmasıdır.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, terminallarda aşağı temperaturun saxlanmasının əsas səbəbi böyük insan axını və texniki tələblərdir.

Məsələn, dünyanın ən işlək hava limanlarından bəziləri ildə yüz milyondan çox sərnişinə xidmət göstərir. Bu qədər insanın yaratdığı istiliyi balanslaşdırmaq və sistemlərin fasiləsiz işləməsini təmin etmək üçün mühitin sərin saxlanılması vacibdir.

Bununla yanaşı, hava limanlarındakı HVAC sistemi (İstilik, Ventilyasiya və Kondisioner – red.) təkcə havanı soyutmur, eyni zamanda onu davamlı şəkildə təmizləyir. Bu sistemlər təyyarə qazlarını, tozları və sıxlıqdan yaranan mikroorqanizmləri minimuma endirir.

Xüsusilə təyyarəyə minmə qapılarının yaxınlığında hiss edilən daha kəskin sərinlik də texniki səbəblərlə bağlıdır. Park vəziyyətində olan təyyarələr xarici sistemlərə qoşularaq həm texniki təhlükəsizlik, həm də kabin komfortu üçün soyudulur.

Bəzi hava limanlarında temperatur sabit olmaya bilər. Çünki böyük şüşə fasadlar günəş işığını içəri buraxaraq temperaturun artmasına səbəb olur. Bunun qarşısını almaq üçün bəzi məkanlarda yaşıl damlar və bitki örtüyü ilə təbii izolyasiya yaradılır. Buna baxmayaraq, əsas məqsəd hər zaman sabit və idarə olunan sərin mühiti saxlamaqdır.

Uçuş zamanı isə kabin temperaturunun aşağı səviyyədə saxlanılması sərnişinlərin sağlamlığı üçün xüsusilə vacibdir. Yüksək hündürlükdə aşağı rütubət və fərqli təzyiq şəraiti bədəndə susuzlaşma, baş ağrısı və halsızlıq yarada bilər. Sərin mühit bu təsirləri azaltmağa kömək edir.

image_1776586439586.jpg (53 KB)

Eyni zamanda sərin mühit fövqəladə hallarda sərnişinlərin daha ayıq və diqqətli olmasına da şərait yaradır. Texniki baxımdan isə təyyarənin elektron sistemləri və mexanizmləri aşağı temperaturda daha effektiv işləyir və daha uzunömürlü olur.

Bəzən uçuşdan əvvəl kabin qəfil isinmiş kimi hiss oluna bilər. Bunun səbəbi təyyarənin xarici enerji mənbəyindən ayrılıb öz daxili sisteminə keçdiyi qısa keçid mərhələsidir. Bu, müvəqqəti haldır və təyyarə hərəkətə başladıqdan sonra temperatur yenidən normallaşır.