Son dəqiqə: İran danışıqlardan geri çəkildi – Səbəb bunlardırbackend

Son dəqiqə: İran danışıqlardan geri çəkildi – Səbəb bunlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ikinci raund danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. Musavat.com xəbər verir ki, bu barədə ölkənin rəsmi IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, Tehran qərarını “həddindən artıq tələblər”, tərəflərin mövqelərinin dəyişməsi və davam edən dəniz blokadası ilə əsaslandırır. İran bu blokadanı atəşkəs rejiminin pozulması kimi qiymətləndirir.

Eyni zamanda, dövlət mediası ABŞ-dən yayılan məlumatları sərt tənqid edib. Bildirilib ki, Vaşinqtonun yaydığı xəbərlər “media oyunu” və İrana təzyiq göstərmək məqsədi daşıyan “ittiham oyununun” tərkib hissəsidir.