Bakıda qadın paltar yuyarkən dəm qazından zəhərlənib ölübbackend

Bakıda qadın paltar yuyarkən dəm qazından zəhərlənib ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 37 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeyd edilib.

Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.