Bakıda şagird müəllimi döyübbackend

Bakıda şagird müəllimi döyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə şagird müəllimi döyərək xəsarət yetirib.

Məsələ ilə bağlı məktəbdən Milli.Az-a verilən açıqlamaya görə, məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb. Dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.