Bakıda sürücü qəza törədərək hadisə yerindən qaçıb – FOTObackend

Bakıda sürücü qəza törədərək hadisə yerindən qaçıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda avtoqəza zamanı bir nəfər xəsarət alıb.

Editor.az  APA-ya istinadən xəbər verir ki, avtoqəza Tbilisi prospektində qeydə alınıb.

Sürücüsü hələlik məlum olmayan “Samand” markalı nəqliyyat vasitəsi yüksək sürətlə əvvəlcə yol kənarındakı ağaclara, daha sonra “Toyota” və “Hyundai” markalı avtomobillərə çırpılıb. Nəticədə “Samand”da olan sərnişin xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Polislərin verdiyi məlumata görə, qəzaya səbəb olan sürücü hadisə yerindən yayınıb.