Bakıya qarşı növbəti kampaniya – İki liderə kimlər üçün məktub getdi?backend

Bakıya qarşı növbəti kampaniya – İki liderə kimlər üçün məktub getdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşü və Ermənistan-Aİ Zirvə Görüşü ərəfəsində təxminən 30-a yaxın QHT Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və Avropa Şurasının prezidenti Antonio Koştaya açıq məktub ünvanlayıb. Musavat.com-un erməni mediasına istinadla verdiyi xəbərə görə, məktubda QHT-lər Bakıdakı erməni məhbusların azad edilməsinə dəstək verməyə çağırıb.

Müraciətdə deyilir ki, “Avropa Parlamentinin 12 mart 2025-ci il tarixində qəbul etdiyi qətnamə də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların onların dərhal və qeyd-şərtsiz azad edilməsi tələbinə baxmayaraq , Azərbaycan 19 erməni məhkumu saxlamağa davam edir. Buna görə də, sizə və bütün Avropa ölkələrinin liderlərinə müraciət edərək, həbsdə olan erməni məhbusların mümkün qədər tez azad edilməsini və ailələrinə qovuşmasını təmin etmək üçün tədbirlər görməyə çağırırıq”.

ԵՄ–ն կարող է վճռորոշ դեր ունենալ հայ  գերիների ազատ արձակման հարցում. բաց նամակ ֆոն դեր Լայենին և ԱնտոնիուԿոշտային

Qeyd edək ki, erməni vətəndaş cəmiyyəti. separatçılar, o cümlədən lobbi və diaspor ASB-nin İrəvanda keçiriləcək sammiti ərəfəsindəfəallaşıb. Onlar bu tədbirin Ermənistanda keçirilməsini fürsət bilərək Qərb liderlərinə, beynəlxalq təsisatlara müraciət ünvanlayır, Bakıda həbsdə olan hərbi canilərin azadlığa buraxılması tələbini gündəmə gətirirlər. Halbuki bu qatillərin törətdikləri cinayətlər sübuta yetirilib və onlara hökm oxunub.

Eyni zamanda, həbsdə olan keçmiş xunta rejiminin əsas şəxsləri öz cinayətkar əməllərini etiraf ediblər. Onlar Azərbaycan ərazisində qanunlara tabe olmayaraq, silahlı birləşmələr saxlayıblar, separatçı rejim qurublar. Dünyanın istənilən ölkəsində mərkəzi hakimiyyət separatçı-xunta rejimlərinə qarşı amansız davranır, onları zərərsizləşdirir. Azərbaycan dövləti də 30 ildən çox mövcud olmuş qanunsuz, silahlı, terrorçu rejimi məhv edib, azərbaycanlıların qanına əli batan şəxsləri mühakimə edib. Ona görə də həbsdə olan canilərin işini siyasiləşdirərək bunu beynəlxalq səviyyədə kampaniyaya çevirən ermənilərin məqsədi məsələni gündəmdə saxlamaqdır. Hər yerdən əlləri üzülən bu dairələr indi də Leyenə və Koştaya məktub yazırlar.

Müsavat.com