ABŞ Hörmüz boğazında yeni koalisiyanın yaradılmasına qərar veribbackend

ABŞ Hörmüz boğazında yeni koalisiyanın yaradılmasına qərar verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Hörmüz boğazında gəmi hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni koalisiyanın yaradılması üçün digər ölkələrə dəvət göndərib.

Editor.az bu barədə The Wall Street Journal nəşrinə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ Dövlət Departamenti bu təşəbbüslə bağlı məlumatları ölkənin səfirliklərinə göndərib və diplomatik nümayəndəliklərin əməkdaşlarından xarici hökumətləri təşəbbüsə qoşulmağa razı salmaları istənilib. Xarici ölkələr ABŞ-ın “diplomatik və/və ya hərbi tərəfdaşları” olmağa dəvət edilir.

Məqalədə qeyd olunur ki, buna baxmayaraq, yaradılacaq koalisiya hərbi xarakter daşımayacaq. Üzv dövlətlər məlumat mübadiləsi aparacaq, fəaliyyətlərini əlaqələndirəcək və sanksiyalara əməl olunmasına nəzarət edəcəklər.

Aprel ayının ortalarında The Wall Street Journal Avropanın ABŞ-ın iştirakı olmadan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ayrıca koalisiya yaratmağı planlaşdırdığını yazmışdı. Bildirilirdi ki, Avropa İttifaqının planına bölgəyə mina aşkarlayan gəmilər və digər hərbi dəniz vasitələrinin göndərilməsi daxildir.

// Gülnarə Abasova, Editor.az