ABŞ administrasiyası Ukrayna üçün nəzərdə tutulmuş və daha əvvəl dondurulan 400 milyon dollarlıq hərbi yardım paketinin ayrılmasını yenidən təsdiqləyib.
Editor.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pete Hegseth The Hill nəşrinə açıqlamasında bildirib.
O, aprelin 29-da Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı qeyd edib ki, Pentagon ABŞ Konqresi tərəfindən təsdiqlənmiş, lakin icrası dayandırılmış 400 milyon dollar vəsaiti Ukraynaya ayırıb.
Pete Hegsethin sözlərinə görə, sözügedən maliyyə vəsaiti Avropanın müdafiə potensialının gücləndirilməsi məqsədilə nəzərdə tutulub və bu vəsaitin sərbəst buraxılması dünən baş tutub.
Pentaqonun maliyyə məsələləri üzrə məsul nümayəndəsi Jules Hurst isə bildirib ki, Kiyevin bu vəsaitdən nə zaman istifadə etməsi Ukraynanın həmin pulla hansı hərbi texnika və avadanlıq alacağı seçimindən asılı olacaq.
//Gülnarə Abasova, Editor.az

