Şahin Mustafayev İrəvandan nə ilə qayıdıb? – DETALLARbackend

Şahin Mustafayev İrəvandan nə ilə qayıdıb? – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 13-cü iclası iclası keçirilib.

Azərbaycanda keçirilmiş Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının  görüşündən detallar məlum olub

Musavat.com xatırladır ki, tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
Ekspertlər hesab edirlər ki, bu cür təmaslar ümumilikdə sülh prosesinin irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır və tərəflər arasında dialoqun davamlılığını təmin edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a bildirib ki, baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri Azərbaycan və Ermənistan arasında hökumətlər səviyyəsində təmasların davam etdiyini təsdiq edir:

Mətin Məmmədli: Ermənistanda səsləndirilən ziddiyyətli ritorika Bakı ilə  İrəvan arasında etimadı sarsıdır

“Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti erməni həmkarları ilə daha çox sərhədlərin delimitasiya və demarkasiya məsələlərini, o cümlədən müəyyən iqtisadi, ticari əlaqələri müzakirə edirlər. Daha öncə Ermənistan nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdu. Belə səfərlərin olması, bütövlükdə hökumətlərarası əlaqələr sülh prosesinin vacib elementlərindən biridir. İki ölkə arasında delimitasiya və demarkasiya prosesinin qısa zamanda yekunlaşacağını gözləmirəm. Ola bilər ki, delimitasiya ilə bağlı ümumi müddəalar razılaşdırılsın. Delimitasiya ilə paralel demarkasiya prosesi olduqca mürəkkəb məsələdir, uzun müddət tələb edir, eyni zamanda, texniki məsələdir”.

Ekspert bildirib ki, bu səbəbdən, prosesin qısa müddətdə yekunlaşacağını ehtimal etmir: “Hərçənd Paşinyan bəyan edib ki, proses yaxın zamanda yekunlaşa bilər. Fikrimcə, ümumi məsələlər razılaşdırıla bilər, yaxud da bizim üçün vacib olan sərhədin müəyyən hissəsində delimitasiya və demarkasiyanın yekunlaşdığı bəyan edilə bilər”.