ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki qeyri-adi paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, Amerika lideri özünə məxsus “Truth Social” platformasında yeni coğrafi obyektin, “Tramp boğazı”nın əks olunduğu xəritəni paylaşıb.
Təqdim olunan görüntüdə Fars və Oman körfəzlərinin xəritəsi yer alıb və burada tankerlərin məhz “Tramp boğazı”ndan keçərək hərəkət etdiyi göstərilib.
Beləliklə, ABŞ lideri qlobal neft tədarükünün mühüm hissəsinin daşındığı dünyanın ən strateji dəniz dəhlizlərindən birini ironik formada “yenidən adlandırıb”.
![]()

