Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Respublika” ASC ilə bağlı tədbir görüb.
Bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, müştəri köçürmələrinin və inkasso sərəncamlarının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinin pozulması halları aşkarlanıb.
Bununla əlaqədar “Banklar haqqında” qanunun 47-ci maddəsinə əsasən, AMB tərəfindən banka qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi və məsul şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə icrası məcburi sərəncam verilib.

