ABŞ Venesuelada hasil olunan neftin təxminən yarısını idxal edir.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Energetika nazirinin müavini Kayl Hauştveyt məlumat verib.
Hauştveyt Hyustonda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, son bir neçə ay ərzində Venesueladan ABŞ-a gündəlik 500 min barreldən çox neft çatdırılır.
Onun sözlərinə görə, bu həcm Venesuelada hasil olunan ümumi neftin təxminən yarısına bərabərdir.
“Son bir neçə ay ərzində Venesuelada hasil olunan neftin 500 min barreldən çoxunun, yəni təxminən yarısının, məhz bu neft üçün xüsusi olaraq inşa edilmiş ABŞ neft emalı zavodlarına göndərildiyini görürük”, – deyə nazir müavini bildirib.
ABŞ rəsmisinin məlumatına əsasən, Venesuelada hazırda gündə təxminən 1,25 milyon barel neft hasil olunur.
Beləliklə, ABŞ-a göndərilən gündəlik 500 min bareldən artıq neft Venesuelanın ümumi hasilatının əhəmiyyətli hissəsini təşkil edir.
//Gülnarə Abasova, Editor.az

