Özbəkistan Prezidentinin İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü üçün hazırlıq işləri görülür.
Editor.az xəbər verir ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində keçiriləcək yüksəksəviyyəli görüşlə əlaqədar iqamətgahda son hazırlıq işləri aparılır.
Ərazi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib.

