Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim edib.


