Ankara Hacı Bayram Vəli Universitetinin Polatlı Fen-Ədəbiyyat fakültəsinin Biologiya kafedrasının müəllimi, professor Hatice Öğütçü vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, universitetin rəsmi sosial media hesabında yayımlanan başsağlığı mesajında professorun vəfatından dərin kədər hissi keçirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Hatice Öğütçünün vəfatı universitet kollektivi üçün böyük itki olub. Universitet rəhbərliyi mərhum professorun ailəsinə və yaxınlarına başsağlığı verib.
Professorun vəfatı ailəsi, yaxınları, həmkarları və tələbələri tərəfindən böyük üzüntü ilə qarşılanıb.
Hatice Öğütçünün ölüm səbəbi barədə məlumat verilməyib.


