İran parlamentinin deputatı Hüseynəli Hacı Deliqani Yaxın Şərqdəki son geosiyasi prosesləri şərh edərkən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı kəskin iddialarla çıxış edib.
Oxu.Az bu barədə “Pars Today” agentliyinə istinadən xəbər verir.
O, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış səkkizbəndlik son razılaşmanın ABŞ-nin regiondakı strategiyasının uğursuzluğa düçar olmasının sübutu olduğunu bildirib.
“ABŞ-dən təhlükəsizlik satın almaq üçün neft gəlirlərindən doqquz trilyon dollar xərcləyən BƏƏ indi yeni reallıqla üz-üzə qalıb. Bu hadisələr fonunda BƏƏ İrana vurulmuş ziyanı ödəməlidir və hətta istisna deyil ki, onlar uzun illər ərzində bütün ərazilərini İranın sərəncamına verməli olacaqlar”, – deyə iranlı parlamentari vurğulayıb.

