BMT elan etdi: aclıq qapıdadırbackend

BMT elan etdi: aclıq qapıdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı “aclığın artıq qapıda olduğunu” bəyan edib.

Dünyada elə ölkələr var ki, bu il ərzaqsız qalacaq. BMT həmçinin bildirib ki, aclıq “Ukraynadakı müharibənin nəticələri ilə daha da şiddətlənib”. Editor.az xəbər verir ki, bunu BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits deyib.

Onun sözlərinə görə, Somalidə artıq bu ilin sonunda aclığın baş verəcəyinə dair “konkret işarələr” var. Griffiths, Somaliyə səfərindən sonra jurnalistlərə “aclıqdan ölən körpələrin ağlaya bilməyəcək qədər zəiflədiyini” gözləri ilə gördüyünü söyləyib. “Qıtlığın rəsmi elanı nadir hallarda baş verir və çox az yardımın gec gələcəyinə dair xəbərdarlıq rolunu oynayır. Somalidə ən azı 1 milyon insan son onilliklərin ən pis iqlim dəyişikliyinin səbəb olduğu quraqlıq üzündən didərgin düşüb. Belə ölkələrin sırasına Efiopiya və Keniya da daxil edilə bilər. Bu arada BMT qeyd edib ki, Somalidə humanitar yardımın kəskin çatışmazlığına Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi səbəb olub. Qriffitsin sözlərinə görə, Ukraynadakı vəziyyət Somali üçün “fəlakətə” çevrilib, çünki “beynəlxalq donorlar əsas diqqətlərini Avropaya yönəldiblər”. Bundan əlavə, Somalinin əvvəllər aldığı taxılın 90%-i Ukrayna və Rusiya Federasiyasından olub. Buna görə də, ölkə “çatışmazlıq və ərzaq qiymətlərinin kəskin sıçrayışından çox zərər görüb”. Bu arada BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib ki, Somalidə rəsmi qıtlıq elan edilməsi lazımi maliyyəni almağa imkan verəcək, lakin bu, elan edilənə qədər çox gec olacaq.

  //Samir,Editor.az