Bölgədə zəif bənd Ermənistan, güclü bənd isə Azərbaycan-Türkiyədir: ” Onlar artıq öz taleləri ilə barışıb “- POLİTOLOQbackend

Bölgədə zəif bənd Ermənistan, güclü bənd isə Azərbaycan-Türkiyədir: ” Onlar artıq öz taleləri ilə barışıb “- POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikməsi haqda xəbərlərin Ermənistanı narahat etməsi normaldır. Hərbi bazanın yaradılması birmənalı olaraq təhlükəsizlik məsələsinin gücləndirilməsinə yönəlib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O, bildirib ki, Ermənistanın arxasındakı qüvvələr ondan türk, müsəlman ölkələrinə qarşı maksimum şəkildə alət kimi istifadə etməyə davam edir:

“Ermənistan rahat əlaltı kimi istifadə ediləcək sürüşkən bir məxluqdur. Türkiyənin bu hərbi bazanı yaratması ilk növbədə təhlükəsizlik və sabitliyin keşiyində duran bir alətdir. Çünki hərbi bazaların öz təyinatları olur və onlar ətrafda olan risk və təhdidləri zərərsizləşdirirlər. Burada heç bir şübhə ola bilməz ki, Türkiyənin bu addımı Ermənistana qarşı yox, məhz onun arxasındakı mənfi qüvvələrə yönəlib. Xatırladır ki, əgər siz Avrasiyanın ən vacib guşəsi olan Qafqazda vəziyyəti gərginləşdirməyə çalışacaqsınızsa, sizin bütün səyləriniz heçə çıxacaq. Onsuz da bu vaxta qədər dəfələrlə Türkiyə-Azərbaycan bu proseslərdə erməni və havadarlarının məkrli planlarının şahidi olub və indi də görünür ki, müharibə bitdikdən sonra ermənilər özlərinə yer tapa bilmirlər. Maraqlıdır, onlar niyə məntiqə sığmayan bir tərzdə hərəkət edirlər. Məsələ burasındadır ki, ermənilər artıq öz taleləri ilə barışıb və onlar dərk edirlər ki, alətdən başqa bir şey deyillər. Çalışırlar ki, alət rolunu oynamaqdan ötrü maksimum yararlansından. Bu isə onlara uzun yolda kömək olmayacaq. Bu proseslərdə Türkiyə hər bir şeyi xırdalığı ilə ölçüb biçir. Azərbaycan Türkiyə ilə bərabər öz milli maraqlarının keşiyində layiqincə durur. Türkiyə-Azərbaycan liderlərinin də bildirdiyi kimi, birgə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı və təlimlər kiməsə qarşı deyil. Prezident İlham Əliyev əbəs yerə demir ki, istənilən halda ermənilərin istənilən təxribatına cavab veriləcək. Onlar bilməlidir ki, bölgədə zəif bənd Ermənistan, güclü bənd isə Azərbaycan-Türkiyədir”.

//Gülnarə Abasova, Editor.az