Bolqarıstanda Ukrayna bayrağına həqarətbackend

Bolqarıstanda Ukrayna bayrağına həqarət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanda Rusiyayönlü “İntibah Partiyası”ndan xalq deputatlığına namizəd Atanas Ştefanov Sofiya meriyasının binasından Ukrayna bayrağını açaraq yerə atıb.

İnternetdə yayımlanan videoda onun “Bolqarıstandan çıxın, faşist ukraynalılar” qışqırığı eşidilir.

Editor.az bildirir ki, bu barəə “News.bg” məlumat yayıb. Həmin məlumata görə, deputatlığa namizədin “cır-cındır” adlandırdığı Ukrayna bayrağını qaldırıb küçəyə atır: “Biz oradan yeri olmayan faşist bayrağını götürdük. O, çoxdan orada olmamalı idi.

Faşizmə ölüm, biz faşistləri və Holokostu qanuniləşdirməyəcəyik”, Qeyd olunur ki, partiya tərəfdarları hələ oktyabrın 12-də bayrağın götürülməsini tələb ediblər və buna nail olublar. Sonradan bayraq yerinə qaytarılmışdı.

Sonradan məlum olub ki, bayrağı Sofiya Bələdiyyə Şurasının sədr müavini Borislav İvanov götürüb. Bu ona vəzifəsi bahasına başa gəlib.

//Samir Qurbanov,Editor.az