BU BANKLARIN ƏHALİ İLƏ İYUN MƏHKƏMƏLƏRİ BAŞLAYIR – TAM SİYAHI, İNANILMAZ RƏQƏMLƏR…backend

BU BANKLARIN ƏHALİ İLƏ İYUN MƏHKƏMƏLƏRİ BAŞLAYIR – TAM SİYAHI, İNANILMAZ RƏQƏMLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Az qala elə ay yoxdur ki, bankların vətəndaşlarla məhkəmə çəkişməsi olmasın. Bu, artıq bir növ banklar üçün adət halını alıb.

Tribunainfo.az xəbər verir ki, illərdir davam edən proses bankların imicinə böyük zərər vursa da, deyəsən, onları narahat etmir. Hərgah vətəndaşların banklara etibarı da qalmayıb. Çünki məhkəmə proseslərindən sonra heç kim əlindəki pulu banka əmanət etmək riskinə girmir. Nəticədə bu minvalla banklara əmanət qoyanlar, kredit üçün müraciət edənlər azalır. İqtisadçılar ay ərzində bir bankın yüzdən çox məhkəmə iclasının olmasının bank üçün heç də yaxşı hal olmadığını vurğulayırlar. Tribunainfo.az olaraq
apardığımız araşdırma zamanı məlum oldu ki, təkcə qarşıdakı iyun ayı ərzində banklardan məhkəməyə verilməyəni yoxdur. Məhkəmə iclaslarına çıxmaq üzrə liderlik isə “Kapital Bank”dadır. Bu bankın iyun ayı ərzində 400-dən çox məhkəməsi olacaq.
Amma sözügedən bank tək deyil, oxuculara iyun ayı ərzində məhkəmə iclası olacaq bankların adlarını və proses sayını təqdim edirik:

“KAPİTAL BANK” ASC 445
“UNİBANK” ASC 433
“ACCESSBANK” QSC 226
“YELO BANK” ASC 148
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC 136
“BANK OF BAKU” ASC 131
“BANK RESPUBLİKA” ASC 119
“EXPRESSBANK” ASC 90
“AZƏR-TÜRK BANK” ASC 68
“MUĞANBANK” ASC 54
BANK “BTB” ASC 41
“RABİTƏBANK” ASC 38
“PAŞA BANK” ASC 35
“NAXÇIVANBANK” ASC 33
MELLİ İRAN BANKI BAKI FİLİALI 26
“XALQ BANK” ASC 20
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC 20
“AFB BANK” ASC- 13
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC 3
“BANK AVRASİYA” ASC 3
“AZƏRBAYCAN SƏNAYE BANKI” ASC 1
“PREMİUM BANK” ASC 0
BANK VTB (AZƏRBAYCAN) ASC 0

Mövzu ilə bağlı Tribunainfo.az-a danışan bank eksperti Əkrəm Həsənov bildirib ki, bu normal hal deyil:

“Birincisi odur ki, ölkədə iqtisadi vəziyyət qənaətbəxş deyil. Həm vətəndaşlar, həm də sahibkarlar kreditlərini vaxtı-vaxtında ödəyə bilmir ki, banklar onları məhkəməyə verməli olur. Həmçinin bu bankların idarəetmə səviyyəsindən xəbər verir. Yəni banklar kredit verərkən müştərilərin ödəniş qabiliyyətini düzgün qiymətləndirmirlər və kreditin aqibətini düzgün planlaşdırmırlar”.