Bu prosesdə ən çox zərər çəkən Ermənistan və əhalisi olacaq: “Rusiya artıq anladı ki…”- Deputatdan AÇIQLAMAbackend

Bu prosesdə ən çox zərər çəkən Ermənistan və əhalisi olacaq: “Rusiya artıq anladı ki…”- Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqının mülki missiyasının uzun müddət Ermənistan ərazisinə gəlməsi və faktiki mövcud olmayan sərhəddə monitorinq aparması yaxın mərhələdə İrəvanın uğuru kimi qiymətləndirilsə də əslində  onun üçün çox böyük zərər olacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, uzun müddətdir ki, Paşinyan hakimiyyəti Rusiya təsirindən canını qurtarmaq istəyirdi:

“Rusiyanın Ukrayna müharibəsində göstərdiyi zəiflik müəyyən mənada onları cəsarətləndirdi. Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə Rusiyadan üz çevirdiklərini göstərmiş olurlar. Lakin bunu çox incə formada həyata keçirir və əsaslandırırlar ki, Rusiyaya əvvəlki qədər etibar etmirlər və rəsmi Moskva artıq Azərbaycanı dəstəkləyir”.

Deputatın sözlərinə görə, proseslərin gedişində Ermənistan da Ukraynanın taleyini yaşaya bilər:

“ Yaxın vaxtlarda Paşinyanın addımlarını qəbul edə bilməyən Rusiya çevriliş edə və Paşinyan da devrilə bilər. Həmçinin regiondakı son hadisələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına böyük kölgə salır. Brüssel, Soçi, Praqa görüşlərində qəbul edilən razılaşmalar artıq sıfırlanıb. Missiyanın gəlişi ilə cəsarətlənən İrəvanın müharibə sədalarını da eşidirik. Bu da onu deməyə əsas verir ki, Ermənistan danışıqlarda əvvəlki kimi cılız, yazıq görünməyəcək. Müəyyən dərəcədə müharibədən dəm vurub Azərbaycanı qıcıqlandırmağa çalışacaqlar. Amma ölkəmiz öz mövqeyində qətidir. Gec-tez Ermənistan və onun havadarları səhvlərini anlayacaq. Türkiyə-Azərbaycan yaxınlaşmasının qarşısını almaq mümkün olmayacaq. 2024-cü ildə Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq. Nəticədə bu prosesdə ən çox zərər görən Ermənistan və əhalisi olacaq”.

//Safura Bənnayeva, Editor.az