Bu şəxsə görə ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ başlayacaq – Trampdan ŞOK AÇIQLAMAbackend

Bu şəxsə görə ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ başlayacaq – Trampdan ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ABŞ-ın keçmiş lideri Donald Tramp Texasda keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında deyib.

“Hər şey bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından Üçüncü Dünya müharibəsinə ilə bitə bilər” – Tramp bildirib.

D.Tramp həmçinin qeyd edib ki, mövcud silah növlərinə görə müharibə “tarixin ən pisinə” çevriləcək.

Bundan əlavə, eks-prezident vurğulayıb ki, onun dövründə Ukraynada münaqişə Amerikanın indiki rəhbərliyi dövründə olduğu kimi olmayacaqdı. O, həmçinin Çin və Tayvanın növbəti yerdə olacağını əlavə edib və buna icazə verməyəcəyini bildirib.

Tramp daha əvvəl demişdi ki, Amerikanın hazırkı lideri Co Bayden ölkəyə ABŞ tarixinin ən pis 5 prezidentinin edə biləcəyindən daha çox ziyan vurub. O, Baydeni “ABŞ-ı məhv etməkdə” ittiham edib. Tramp xüsusilə Vaşinqtonun Çin və Yaxın Şərqə münasibətinə diqqət çəkib.

Publika.az