backend

Bulvarda İNTİHAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
//Milli.Az