Canlı yayımda qorxulu anlar – VİDEObackend

Canlı yayımda qorxulu anlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş şəhərində ötən həftə baş verən dağıdıcı zəlzələlərdən sonra çox sayda afterşok baş verməyə davam edir.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 4,6 ballıq afterşoklardan biri Kahramanmaraşda axtarış-xilasetmə işləri zamanı qeydə alınıb.

Belə ki, müxbir Fulya Öztürkün canlı yayımda olduğu zaman zəlzələ qeydə alınıb. Yeraltı təkanlar nəticəsində yaxınlıqda yerləşən qəzalı binaların birindən çat səsləri gəlməyə başlayıb və bu, ətrafdakıların həyəcanına səbəb olub. Xoşbəxtlikdən bina uçmayıb.