Cəbrayılda minalar aşkarlanıb – FOTO/VİDEObackend

Cəbrayılda minalar aşkarlanıb – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, üç avtomat, bir pulemyot, bir qumbaraatan və digər sursat aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.