Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib – FOTObackend

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd “İJ-26” markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri bir ədəd “AK-74” markalı avtomat silahını, 28 ədəd patronu və üç ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.