Çin əsas sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyadan kömür alışını üç dəfə artırıbbackend

Çin əsas sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyadan kömür alışını üç dəfə artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Zabaikalsk-Mançuriya əsas sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyadan kömür idxalını üç dəfə artırıb.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Harbindəki Baş Konsulluğu telegram kanalında yazıb.

“Enerji daşıyıcılarının tədarükü 214% artaraq 438 min tonu ötüb. Ümumilikdə Çin Rusiyadan 6,2 min vaqon kömür alıb”.
,-deyə məlumatda bildirilir. Baş Konsulluğun məlumatına görə, Rusiyadan gələn kömür Çin tərəfindən Heilongjiang, Jilin, Liaoning əyalətlərində və Daxili Monqolustan Muxtar Bölgəsinin şərq hissəsində elektrik enerjisi istehsalı üçün istifadə olunur.

Fevralın 8-də “Kommersant” əldə edilən məlumatlara istinadən yazıb ki, Uzaq Şərq limanlarında və Rusiyanın Avropa hissəsində kömür ixrac qiymətləri sabitləşməyə başlayıb. Asiyada kömür qiymətlərinin düşməsi fonunda Uzaq Şərq limanları ilə Rusiya Federasiyasının Avropa hissəsində termik kömür qiymətləri arasındakı fərq daralır. Bundan əvvəl “Kommersant” Rusiya Dəmir Yollarının baş direktorunun müavini Aleksey Şiloyanın bəyanatına istinadən yazmışdı ki, 2022-ci ilin sonunda Avropa bazarlarının təcrid olunması fonunda Şimal-Qərb limanlarından keçən kömür tədarükü bərpa olunmağa başlayıb.

//Gülnarə Abasova, Editor.az