Çin XİN: Çin-Rusiya əlaqələri Si Cinpin və Putinin rəhbərliyi altında güclənəcəkbackend

Çin XİN: Çin-Rusiya əlaqələri Si Cinpin və Putinin rəhbərliyi altında güclənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Qin Qanq bildirib ki, Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında Pekin və Moskva arasında münasibətlər yeni zirvəyə yüksəlməyə davam edəcək.

Editor.az bu barədə xarici mediaya istinadla məlumat verir. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, iki ölkə liderləri sıx əlaqələr saxlayır və onların ünsiyyəti Rusiya-Çin münasibətlərində kompas rolunu oynayır.

Qin Ganq həmçinin Pekin və Moskva arasındakı münasibətləri qlobal strateji tarazlığın açarı kimi təqdim edib. O, həmçinin Çinin qlobal dəyişikliklər şəraitində müstəqil xarici siyasət yürüdəcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az