Çində fişəng fabrikası partlayıb: çox sayda ölü və yaralı varbackend

Çində fişəng fabrikası partlayıb: çox sayda ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Liuyanq şəhərindəki fişəng fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb. Daha 61 nəfər yaralanıb. Partlayış dalğası 300-400 metr radiusda yerləşən binalara ziyan vurub.

Hadisə yerində təcili yardım xidmətləri və yanğınsöndürənlər işləyir, sakinlər təxliyə edilib. Fəsadların aradan qaldırılmasına kömək etmək üçün robotlar və xüsusi texnika cəlb edilib.
Xatırladaq ki, partlayış bu səhər “Huasheng” zavodunda baş verib. Hadisə yerinə təxminən 500 xilasedici göndərilib. Partlayışın səbəbi hələlik məlum deyil.

Çin prezidenti Si Cinpin hadisə ilə bağlı araşdırma aparılmasını tələb edib. Şirkətin baş direktoru artıq polis tərəfindən saxlanılıb.

//Samir Qurbanov, Editor.az