NASA-da çalışmış bir qadın müxtəlif yaşlarında keçirdiyi üç infarkt zamanı qeyri-adi təcrübə yaşadığını və sanki başqa bir aləmi gördüyünü bildirib.
Editor.az bu barədə Mirror qəzetinə istinadən xəbər verir.
Alim İnqrid Honkalanın sözlərinə görə, o, 25 və 52 yaşlarında oxşar təcrübələr yaşayıb. İlk hadisə zamanı o, evində buzlu su ilə dolu çənə düşüb. Bu zaman qorxu hissi keçirmək əvəzinə, dərin sakitlik və huzur hiss etdiyini deyib.
“Özümü həyatla tam bir bütöv kimi hiss edirdim. Sanki kimliyimizi müəyyən edən bütün sərhədlər yox olmuşdu”, – deyə o bildirib.
Onun sözlərinə görə, həmin anda sanki Yer kürəsinin üzərində süzürmüş kimi hiss edib və evdən bir neçə məhəllə uzaqda işə gedən anasını görüb.
Honkala 25 yaşında qəza keçirib, 52 yaşında isə əməliyyat zamanı qan təzyiqinin qəfil düşməsi ilə üzləşib. Hər iki halda o, eyni hissləri yaşadığını qeyd edib.
Alim əlavə edib ki, insanların o biri dünya adlandırdığı anlayış əslində düşündüklərindən tamamilə fərqli ola bilər.
Amerikalı tədqiqatçı bu təcrübəni belə izah edib: “Bu, fiziki duyğularımızdan kənarda mövcud olan reallığın daha dərin qatına daxil olmaq kimi idi”.
O, həmçinin sözlərlə deyil, düşüncə yolu ilə ünsiyyət quran “İşıq varlıqları” gördüyünü də bildirib. Bu təcrübənin onun elmi karyera seçiminə ciddi təsir göstərdiyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

