Donald Tramp: “İranla mini müharibə vəziyyətindəyik”backend

Donald Tramp: “İranla mini müharibə vəziyyətindəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi hazırda İranla mini müharibə vəziyyətindədir.

Editor.az xəbər verir ki, bu barədə o, xarici mediaya açıqlamasında danışıb.

Tramp qeyd edib ki, ABŞ-ın Vyetnam və İraq kimi ölkələrdə apardığı hərbi əməliyyatlarla müqayisədə, İrana qarşı proseslər daha sürətli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, hazırkı mərhələdə əməliyyatların gedişi müsbət qiymətləndirilir: “Hazırda proseslər istədiyimiz istiqamətdə inkişaf edir”.

ABŞ prezidenti İranla yaşanan gərginliyi “mini müharibə” kimi xarakterizə edərək, bu prosesin uzunmüddətli olmayacağını vurğulayıb. O bildirib ki, ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlar uğurla davam edir.

Ağ Evdə kiçik sahibkarlara həsr olunmuş tədbirdə çıxış edən Tramp İrana qarşı atılan addımları doğru qərar kimi dəyərləndirib. O, əvvəlki ABŞ administrasiyalarının bu cür addımlar atmadığını iddia edərək, təşəbbüsün məhz onun rəhbərliyi dövründə reallaşdırıldığını qeyd edib.

//Gülnarə Abasova, Editor.az